2022-ci ilin birinci rübündə Azərbaycanın bank sektorunda müsbət dinamika müşahidə edilsə də, bəzi bankların göstəricilərində pisləşmə qeydə alınıb.
Sfera.az bildirir ki, göstəriciləri pisləşən banklardan biri "Günaybank”dır.
Bankın açıqladığı rüblük məlumata əsasən, maliyyə qurumu 2022-ci ilin yanvar-mart ayları ərzində 577,46 min manat zərər edib. Halbuki, 2021-ci ilin birinci rübündə bank 879 min manat mənfəət əldə etmişdi.
Bankın zərər etməsinə səbəb qeyri-faiz gəlirlərinin kəskin azalmasıdır. Bir il əvvəl bankın qeyri-faiz gəlirləri 2,4 milyon manat olduğu halda, bu il 2 dəfə azalaraq 1,21 milyon manata düşüb.
Qeyri-faiz gəlirlərinin azalması isə xarici valyutadan gəlirlərin minimuma düşməsindən qaynaqlanıb. Ötən illə müqayisədə bu il xarici valyutada gəlirlər 14 dəfədən çox azalaraq 91 min manata geriləyib.
Bank yaranmış zərəri kapitalı hesabına maliyyələşdirib. Buna görə də ötən illə müqayisədə bankın kapitalı azalaraq 65 milyon manata düşüb.
Vasif
Sfera.az