"Yaxın günlərdə Cənubi Qafqazla bağlı ciddi hədisələrin şahidi ola bilərik" - AÇIQLAMA

Media 28 Aprel 2022 | 15:33
OXUNUB: 1252
"Paşinyanın Moksva səfərinədək şəxsən onun və xarici işlər naziri Ararat Mirzoyanın regionla bağlı səsləndirdikləri bəyanatlar nisbətən loyal idi. Həmin açıqlamalar Ermənistanın regional sülh və sabitliyi arzuladığını göstərirdi”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O qeyd edib ki,  Nikolla Rusiya lideri Vladimir Putinin görüşündən sonra Ermənistanın ritorikası dəyişdi:

"Paşinyan əvvəlki fikirlərinə zidd bəyanatlar səsləndirdi. Həmçinin erməni diversantın Azərbaycan ərazisinə keçmək cəhdi də bu baxımdan qiymətləndirilməlidir. Məsələ ondan ibarətdir ki, Kreml Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını, o cümlədən yekun sülh müqaviləsinin imzalanmasını istəmir. Ona görə də belə əngəllər yaradır. Son günlər Ermənistan daxilində hakimiyyət əleyhinə aksiyaların da Rusiyanın Paşinyana təzyiqinin təzahürü olması mümkündür. Bu baxımdan, İrəvanın işi asan deyil. Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması Ermənistan üçün ən optimal yoldur. Hərçənd bu, Paşinyan administrasiyasından siyasi iradə tələb edir”.

Müsahibimiz vurğulayıb ki, Qərb Kremlin Cənubi Qafqazdakı mövqelərinin zəifləməsini istəyir və bunun üçün Rusiyanın Ermənistan üzərindəki təsirinin minimuma enməsinə çalışır:

"Odur ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Cənubi Qafqazla bağlı daha ciddi hədisələrin şahidi ola bilərik. Yəqin, birgə sərhəd komissiyasının fəaliyyətinin nəticələrini də görəcəyik. Rusiya Ermənistana təzyiqləri hər nə qədər artırmağa, "suları bulandırmağa" çalışsa da, Paşinyan yaxşı başa düşür ki, indi siyasi iradə nümayiş etdirməsə, sonra onun üçün daha böyük problem yaranacaq”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man