BMT TŞ-nin 5 daimi üzvü ilə bağlı dəyişiklik - Veto hüququ əllərindən alınır?

Media 28 Aprel 2022 | 14:49
OXUNUB: 1696
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən qətnamə qəbul edib. Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir. 

Maraqlıdır, BMT Baş Assambleyasının TŞ-nin 5 daimi üzvünün veto hüququndan istifadəsini əsaslandırmasını tələb edən qətnamə özlüyündə nəyi ehtiva edir?
Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Lixtenşteynin təklif etdiyi qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul edilsə də, qəbul edilən qətnamə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü veto hüququndan məhrum etməyəcək.

"Məsələ ondadır ki, 5 daimi üzv bu qətnamədən sonrada veto hüququndan istifadə edəcək, sadəcə, Baş Assambleya toplaşarkən veto hüququndan nə üçün istifadə etdiyi soruşulacaq və veto hüququndan istifadənin əsaslandırılması rələb ediləcək. Bu da bir növ həmin ölkəni qınamaq mahiyyəti daşıyır. 

BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 daimi üzvünun veto hüququnu əlindən almaq üçün BMT nizamnaməsində dəyişiklik edilməlidir.  Bu isə hələlik mümkün deyil. Çünki bu istiqamətdə hələlik təklif səslənmir. Mümkündür ki, bu qətnaməni Lixteynşteyn vasitəsilə təklif edən ABŞ Prezidenti Co Baydendir. Məqsəd də ən çox veto hüququndan istifadə edən Rusiyanı qınamaqdır”.
Qeyd edək ki, statistikaya görə, indiyədək veto hüququndan ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.

Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man