Banklar əmanət faizlərini artırır – SƏBƏBLƏR

Media 28 Aprel 2022 | 14:06
OXUNUB: 1974
Azərbaycanın kommersiya bankları əhalidən cəlb etdikləri əmanətlər üzrə illik faiz dərəcələrini tədricən artırır.

Sfera.az xəbər verir ki, bir müddət öncəyə qədər əmanətlər sistem əhəmiyyətli banklar tərəfindən illik 6 faizlə qəbul edirdisə, hazırda 6-7 faizlə, orta ölçülü banklar tərəfindən 7-8 faizlə qəbul edildiyi halda indi 9-10 faizə, kiçik banklar isə 10-11 faizə qəbul edir.

Əmanət faizlərinin artırılmasını Mərkəzi Bankın yürütdüyü sərt pul-kredit (monetar) siyasət ilə əlaqələndirmək olar. Azərbaycanda yüksək inflyasiya olduğundan Mərkəzi Bank monetar tədbirlərini sərtlərşdirib və buna uyğun olaraq uçot dərəcəsi yüksəldilib.

Amma sərt monetar siyasətdə sadəcə uçot dərəcəsi artırılmır. Bunun üçün digər tədbirlər, o cümlədən əmanət və kredit faizlərinin artırılması, məcburi ehtiyat normasının artırılması kimi tədbirlər də görülür.

Sərt monetar tədbirlərdə məqsəd müəyyən müddət tələbi zəiflətməklə iqtisadi aktivliyi aşağı salmaq və bunun hesabına yüksək inflyasiyanı cilovlamaqdır.  
Əmanət faizləri artırıldıqda əhali qənaət etdiyi pulun daha çox hissəsini banklara yerləşdirir və bu, əhalinin çox pul xərcləməsinin qarşısını alır.

Məlumdur ki, banklar cəlb etdikləri əmanət vəsaitini sonradan kredit kimi verir. Əmanət faizlərinin artması öz növbəsində kredit faizlərinin də yüksəlməsinə səbəb olur ki, bu da borclanmanın bahalaşması deməkdir. Kreditlərin bahalaşması ondan istifadə edənlərin sayını, eyni zamanda həcmini azaldır.
Kredit faizlərinə təsir edən digər amil məcburi ehtiyat normasıdır. Bu norma cəlb edilən vəsaitlərin bankda məcburi yaradılan ehtiyatlarını məyyənləşdirir. Məcburi ehtiyat norması artırıldıqda banka qoyulan pulların daha az hissəsi kredit kimi istifadə edilə bilir ki, bu da kreditləri bahalaşdırır.

Hazırda fiziki şəxslərdən manatla cəlb edilən vəsaitlərdə məcburi ehtiyat norması 0,5 faizdir, xarici valyutada isə 1 faizdir. Amma məcburi ehtiyat norması 2014-2015-ci illərdə 2-3 faiz, 2008-ci ildə 6-8 faiz olub.

Deməli, Mərkəzi Bank inflyasiyanı zəiflətmək üçün hökmən əmanət və kredit faizlərinin artırılmasına nail olmalı, eyni zamanda məcburi ehtiyat normasını bir qədər artırmalıdır. Son günlərdə əmanət faizlərinin artması məhz bu tədbirlərin əlamətidir. Bunun davamı kimi kredit faizlərinin də artırılmasını müşahidə edəcəyik.


Vasif
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man