İran və Çin hərbi əməkdaşlığa başladı – “Hədəfləri odur ki...”

Media 28 Aprel 2022 | 13:27
OXUNUB: 1482
İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Hər iki tərəf qarşılıqlı fəaliyyətin vəzifəsinin iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etmək olduğunu bildirib.

Maraqlıdır, indiki məqamda Çin-İran yaxınlaşması nədən xəbər verir? Bu, ABŞ-a gözdağı ola bilərmi?
 
Mövzu ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri Çinin İranın stratejini məhsullarını daha ucuz qiymətə almaq istədiyini və ABŞ təhlükəsinə qarşı hərbi əməkdaşlığın qurulduğunu bildirib:

"Çin-İran yaxınlaşmasının əsas səbəbi indiki qlobal gərgin vəziyyətdə bütün sahələr üzrə geosiyasi, geoiqtisadi maraqların təmin edilmə istəyidir. İran hələ də ABŞ-ın sanksiyaları altında boğulmaqdadır və bundan çıxış yolu olaraq Çin kimi hegemon dövlətlə əlaqələri möhkəmləndirməsi normaldır. İran və Çin arasında 25 illik müqavilə imzalanıb ki, bununla da Çin öz yumuşaq gücü ilə İranı bütün sahələr üzrə ram etməyə çalışır. 
Çin İranın indiki iqtisadi vəziyyətindən istifadə edərək bu ölkənin enerji daşıyıcılarını və digər  strateji məhsullarını çox ucuz qiymətə almaq niyyətindədir. Bu konteksdə İranın da maraqları var. Son zamanlar bu sıx münasibət hərbi məsələlərə də sirayət etməkdədir. Dolayısı ilə bütün bu məsələlərin hamısı ABŞ-ın təzyiq mexanizmindən sığortalanmaq üçündür”. 

Ekspert İranın Çindən asılılıq məsələsinə diqqət çəkib. Siyasətçinin sözlərinə görə, qarşıda İsrail və ABŞ təhlükəsi olduğu üçün Çinlə əməkdaşlıq ən unikal seçimdir: 

"Çin Rusiya-Ukrayna müharibəsindən sonra sanksiya tətbiqləri ilə bağlı ABŞ-dan xəbərdarlıq aldığı üçün İrana müsbət yanaşır və İranla koalisiya yaratmaq niyyətindədir. İran üçün bu gün həm iqtisadi, həm də hərbi təhlükəsizlik məsələləri prioritetdir. İran-İsrail məsələləri bütün zamanlarda olduğu kimi indi də gərgindir. İran nüvə silahı əldə etdiyi təqdirdə bilavasitə İsrailin də hücumununa məruz qalacağı ilə bağlı hədələnir. İsrail də ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqidir və bu konteksdə İranın bütün təhlükələrdən sığortalanması üçün Çinlə əməkdaşlıq mühümdür.
İranın Çinlə hərbi əməkdaşlığı ABŞ-ın Çin və Rusiyaya düşmən etdiyi ölkələr üçün çəkindirici xarakter daşıyır. İran bu gün təhlükəsizlik sisteminə möhtac olduğu üçün ciddi güzəştlərə getməyə məhkumdur”. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man