Peyk görüntüləri inanılmaz həqiqəti üzə çıxardı: Rusiyanın Sevastopoldakı bazasını definlər qoruyur - FOTO

Media 28 Aprel 2022 | 13:00
OXUNUB: 1895
Rusiya və Ukrayna üçün kritik əhəmiyyətə malik olan Sevastopol limanındakı dəniz bazasının peyk görüntülərini araşdıran ABŞ Hərbi Dəniz İnstitutu (USNI) hər kəsi heyrətə gətirən bir detal ortaya çıxarıb. 
 
Sfera.az bildirir ki, peyk görüntülərinə əsasən, bölgəyə xüsusi təlim keçmiş delfinlərin daşındığı bəlli olub. Təhlillərə görə, Rusiya Qara dəniz donanmasını mümkün sualtı hücumlardan qorumaq üçün bölgəyə "hərbi delfinlər”i gətirib. Qeyd olunub ki, limandakı gəmilərin əksəriyyəti sualtı qayığın potensial hücumlarına qarşı həssasdır.

Bəs "hərbi" delfinlər bu gəmiləri necə qoruyacaq?

Yüksək intellektli heyvanlar olduğu bilinən delfinlərin hərbi məqsədlər üçün öyrədilməsi əslində yeni bir şey deyil. Soyuq Müharibə illərində ABŞ və Rusiya kimi bir çox ölkə delfinləri öyrədir və onlardan döyüş tapşırıqları üçün istifadə edirdi. ABŞ təxribat aktlarının qarşısını almaq üçün delfinlərin və dəniz şirlərinin təliminə ən azı 28 milyon dollar xərcləyib. Delfinlərin əks-səda vermə qabiliyyəti onlara minalar kimi sualtı obyektləri aşkar etməyə imkan verir. Bu səbəbdən təlim keçmiş balıqlardan təxribat hərəkətlərinin qarşısını almaq, mina aşkar etmək və düşmən dalğıclarının limana daxil olmasının qarşısını almaq üçün istifadə olunur.

Ukrayna 2012-ci ildə Sovet dövründə Sevastopol yaxınlığındakı akvariumda delfinlərə təlim verən proqramı yenidən başlatsa da, 2014-cü ildə Krımın işğalı ilə bu balıqlar rusların əlinə keçib. Ukrayna heyvanların geri qaytarılmasını tələb edə bilməyib, Rusiya mediası Moskvanın bu sxemi genişləndirməyi planlaşdırdığını və hətta delfinlər üçün xüsusi cihaz istehsal etdiyini iddia edib. Bunların Sevastopol bazasına gətirilən delfinlər olub-olmadığı hələlik bəlli deyil.

Qeyd edək ki, 1980-ci illərdə Sovet Rusiyasında əsgərlər tərəfindən öyrədilmiş delfinlərdən casusluq məqsədilə istifadə olunub.  Kəskin görmə qabiliyyətinə və çox yaxşı yaddaşa malik olan bu heyvanların sualtı silahlarını aşkar etmək üçün istifadə edildiyi proqram 1990-cı illərdə dayandırılsa da, 2017-ci ildə yenidən bərpa edilib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man