Putin geri çəkilir? - "İndiki şəraitdə atəşkəs Ukraynanın maraqlarına cavab vermir”

Media 28 Aprel 2022 | 12:29
OXUNUB: 1757
Rusiya prezidenti Vladimir Putin ötən gün BMT-nin  baş katibi Antonio Quterreşlə görüşündə Ukrayna ilə diplomatik yolla razılığa gəlməyə ümid etdiyini, danışıqlar aparıldığını və onları rədd etmədiklərini bildirib. 
 
"Biz BMT nizamnaməsinin 51-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq xüsusi hərbi əməliyyata başlamaqla buna məcbur olduq. Davam edən hərbi əməliyyatlara baxmayaraq,  diplomatik yolla razılığa gələ biləcəyimizə ümid edirik, danışıqlar aparırıq, onları rədd etmirik”, - deyə Putin söyləyib.
Bəs iki ölkə arasında yaxın zamanda atəşkəs imzalana bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ukraynanın NATO silahları ilə təchiz edilməsi Rusiyanın itkiləri ilə nəticələnir:

"Artıq Avropa Birliyi də Rusiyaya sanksiyaları genişləndirib. NATO müdafiə nazirlərinin Almaniyada keçirilən görüşdə birbaşa Rusiyaya qarşı sərt addımların atılmasını qərarlaşdırması Putini geri addım atmağa sövq edir. BMT Baş katibi Quterreşin Türkiyə və Rusiya səfərində apardığı danışıqlar, Putinlə Zelenskinin görüşünün İstanbulda keçirilməsi  ehtimalı diqqət çəkir. Müharibənin uzanması Ukryananın əlini gücləndirir və Rusiyaya ciddi itkilər hesabına başa gəlir. İndiki şərtlər daxilində Ukraynanın danışıqlara gedib, atəşkəs imzalaması yalnız o halda mümkün ola bilər ki, Rusiya müharibədən əvvəlki mövqeyinə çəkilsin”.

Müsahibimiz qeyd edib ki, bu isə Ukraynanın maraqlarına cavab vermir:

"Müasir silahlarla təmin edilən Ukraynanın Donbassda separatizmə son qoyması üçün ən əlverişli məqamdır. Rusiya Krıma quru yolu əldə edib, atəşkəsə getməyə maraqlıdır. Situasiya gərgin olaraq qalır və indiki şəraitdə atəşkəs Ukraynanın maraqlarına cavab vermir”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man