Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi 10 milyard 525 milyon manata yüksəlib.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklarda olan nağd pulun məbləği fevral və mart aylarında davamlı artıb. Yanvarda 10,284 milyard manat olan nağd pulun miqdarı fevralda 10,48 milyard manat, martda 10,52 milyard manat olub.
Məlumatlardan belə aydın olur ki, ölkəmizdə olan bütün pulun 30 faizindən çoxu banklardan kənardadır. Ötən il bu göstərici 31 faiz, 2019-cu ildə 37 faiz, 2013-cü ildə 54 faiz idi.
Vasif
Sfera.az