Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə kreml məlumat yayıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı vəziyyəti müzakirə etdiklərini bildirib.
Rəyasət Heyətinin Əlaqələr Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsində son hadisələr və Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı bildirib ki, İstanbul danışıqlarında sülhə yol açmaq üçün əldə edilən müsbət tendensiyanın davam etdirilməsi hər kəsin marağındadır.
Atəşkəs, humanitar dəhlizlərin effektiv işləməsi və təhlükəsiz evakuasiyanın vacibliyinə diqqət çəkən prezident Ərdoğan, Türkiyənin hər kəsə zərər verən bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlarda çox mühüm ərəfə olan İstanbul görüşünün liderlər səviyyəsinə qaldırılması təklifini də təkrarlayıb.
Əzizə Zeynal