Azərbaycanda avro davamlı ucuzlaşır – SƏBƏB NƏDİR?

Media 26 Aprel 2022 | 14:44
OXUNUB: 857
Son bir ildə dolların möhkəmlənməsi Azərbaycanda avronun ucuzlaşmasına səbəb olur. 

Sfera.az bildirir ki, ötən ilin mayında Mərkəzi Bankda 2,06 olan avro/manat kursu, bu gün 1,83 səviyyəsinə geriləyib.

Amma kommersiya banklarında avro daha aşağı qiymətə alınır. Dünən 1,85 olan alış qiyməti bu gün 1,8-ə düşüb.

Müqayisə göstərir ki, son bir ildə avro manata nisbətən 11 faizdən çox ucuzlaşıb. Bir il əvvəl 100 avronu 206 manata dəyişmək olurdusa, hazırda 100 avronun dəyəri 180 manatdır. 

Buradan göründüyü kimi, son bir ildə avro ilə yığım edənlər hər 100 avroda 26 manat, hər 10 min avroda 2600 manat zərər edib.

Avronun ucuzlaşması Dollar İndeksinin yüksəlməsi ilə əlaqədardır. Bir il əvvəl 90 olan indeks hazırda 101,9-dur. 

Proqnoza görə indeksin yüksəlməsi davam edə bilər. Bu halda Azərbaycanda avro bir qədər də ucuzlaşacaq.


Vasif
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man