“Broylerlər” iri marketlərdən şikayətçidirlər: Ödənişləri gecikdirirlər

Media 26 Aprel 2022 | 14:00
OXUNUB: 861
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bəzi iri marketlərdən şikayətçidirlər.

Sfera.az Assosiasiyaya istinadən xəbər verir ki, qurum üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli ilə görüşərək iri ticarət şəbəkələri ilə yaşadıqları problemləri müzakirə ediblər. Görüşdə əldə olunan razılaşmaya əsasən Assosiasiya iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.

Məktubda qeyd edilir ki, market şəbəkələri pərakəndə ticarət sahəsində üstün mövqelərindən istifadə etməklə istehsalçılarla qeyri-bərabər, istehsalçıların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar:
 
"Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim öz istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur”.

Assosasiya üzvlərinin üzləşdiyi digər problem ödənişlərlə bağlıdır: "Marketlərin əksəriyyəti istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.

Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5 faizini kəşbək kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2 faiz əlavə ödəniş tələb edirlər”.


Vasif
Sfera.az 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man