Qumar asılılığı niyə və necə yaranır? - Psixoloq rəyi

Media 26 Aprel 2022 | 13:56
OXUNUB: 1210
"Qumar oyunları insanların rahat maddi qazanc istəklərinə bağlıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov deyib. Müsahibimiz insanların kiçik məbləğdə pullar qoyaraq daha çox məbləğlər əldə etmək istədiklərini vurğulayıb:

"Həm real, həm də virtual dünyada müxtəlif qumar oyunları mövcuddur. İnsanların istəkləri üzərində təbliğatlar aparılır və oyunlara təhrik edilirlər. Əvvəlcə həyəcan və əyləncə üçün başladığı mərc oyunları daha sonra insan həyatını çətinliklərə çevirir. Həyəcan və əyləncə mərhələsindən sonra vərdiş mərhələsi gəlir. İnsan vərdişlərini dəyişmək istəməyən canlıdır. Qumar asılılığı bütün yaş qruplarından olan insanlarda müşahidə oluna bilər. Qumar aludəçisi olan şəxs ailəsi, dostları və iş yeri ilə problemlər yaşasa da, vərdişindən imtina edə bilmir. Hətta qumar oyunlarının aludəçiləri arasında alkoqol və ya narkomaniya da müşahidə oluna bilər”.

Psixoloq deyib ki, insan psixologiyası öz rahatlığını həyəcan və əyləncələrdə axtarır:

"Bəzən davranışlarda uyğunsuzluqlar müşahidə edilir. "Heç vaxt etmərəm” dediyi hərəkətləri edir. Psixo pozuntuların yaranmasının səbəbi davranışların uyğunsuzluğundan asılıdır. Rəqəmsal dünya mərc oyunlarını daha əlçatan edib. Vərdiş etmiş şəxslər gün ərzində hər fürsətdə, hətta işinə laqeyd yanaşaraq mərc saytlarına girir və onları izləyir. Müəyyən zaman keçdikcə daha yüksək rəqəmlərlə mərc edir. Artıq kiçik məbləğlər həyəcan və əyləncə vermir.  Həyəcan və əyləncənin vərdiş yaratdığı mərc oyunlarına psixoloji aspektdən baxsaq, nələr olacağını aydın şəkildə görmək olur. Şəxsdə yaranmış psixoloji pozuntunu müşahidə etsək görərik ki, dəfələrlə mərc vərdişindən əl çəkmək istəsə də, uğur qazana bilmir. Mərc etməyi dayandırdıqda narahat və əsəbi olur”.

R.Nəcəfovun sözlərinə görə, bəziləri problemlərdən qaçmaq və ya psixoloji olaraq istirahət etmək üçün bu vərdişi davam etdirirlər:
 
"Mərcdə hər dəfə uduzduqdan bir gün sonra əvəzini çıxmaq üçün yenidən oynayırlar. Uduzduqlarını bir anda bərpa etmək istəyir, ona görə də daha riskli davranırlar. Daha yüksək məbləğlərdə mərclər edir və qiyməti artırmaqda davam edirlər. Sonrakı mərhələ isə yalanlardır. Danışdıqları bir yalan, daha çox yalan danışmağa vadar edir və çıxışı olmayan labirintə girirlər. Aludəçi oynadığı mərclərin miqdarı və oyundakı şansları haqqında yalanlar danışır, riskli pullara və kreditlərə məruz qalır. Onlar daha sonrakı mərhələdə isə dələduzluq, oğurluq, mənimsəmə kimi hüquqi problemlərlə üzləşirlər. Yaranmış borclar hətta insanı cinayətlərə də təhrik edir”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man