"Supernatural” serialında Kastil obrazını canlandıran aktyor Mişa Kollinzin cinsi oriyentasiyası ilə bağlı açıqlamaları sosial mediada gündəm olub.
Sfera.az bildirir ki, Kollinz fanatlarla görüşündə biseksual olduğunu etiraf edib. 47 yaşlı aktyor cinsi oriyentasiyası ilə bağlı həqiqəti ilk dəfə dilə gətirib.
Belə ki, Kollinz fanatlarına, "Sizlərdən neçəniz özünü introvert hesab edirsiniz? Nə qədəriniz ekstravertsiniz?” suallarını ünvanlayıb. "Bəs sizlərdən neçəniz biseksualsınız?" sualı verən aktyor tamaşaçıların alqışlarından sonra "Mən hər üçüyəm”, - deyə bildirib.
Aktyor mövzu ilə bağlı başqa açıqlama verməyib.
Türkan
Sfera.az