Paşinyan diversantları Azərbaycan sərhədinə niyə göndərmişdi? – “Nail olmağa çalışır ki...”

Media 25 Aprel 2022 | 18:42
OXUNUB: 1319
"Paşinyanın Moskva səfərindən sonra Azərbaycanın Ermənistanla dövlət sərhədində belə təxribat gözlənilən idi. Bu, Bakıya imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozması haqda məsələ qaldırsın və əlindəki faktdan Ermənistanı razılaşmanın icrasına məcbur edəcək addımlar üçün istifadə etisin”.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında siyasi ekspert Asif Nərimanlı aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun  Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilməsi haqda danışarkən deyib. 

"Rəsmi İrəvan "güzgü prinsipi”nin tətbiqini və sərhədlərin SSRİ dağılanda mövcud olan xəritlər üzrə müəyyənləşməsini istəyir. Bu, SSRİ dövründə otlaq-əkin sahəsi kimi ermənilərə verilən ərazilərin, o cümlədən, anklavların Ermənistanda qalması deməkdir. Bakının bunu qəbul etməsi mümkün deyil. Digər tərəfdən bu sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil. Brüssel və Moskvada prosesin tezləşdirilməsi tələbi də Ermənistanın istəyinin nəzərə alınmadığı anlamına gəlir. Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir”, - politoloq bildirib.

A. Nərimanlı qeyd edib ki, erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinin Rusiya sərhədçilərinin nəzarətində olması diqqət çəkir:

"Bu təxribata Rusiya sərhədçilərinin şərait yaratdığını, eyni zamanda Moskvanın Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışdığını göstərir. Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi etməsi Bakı və Moskvanı üz-üzə qoymaq cəhdi də ola bilər. İrəvan bununla istəklərinə Rusiyadan dəstək almaq, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirməyə çalışır. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də bunu təsdiqləyir”.
Turan Rzayev
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man