Qısqanclıq zəminində cinayət törədənlər artıb: “Sevgi”nin qurbanına çevrilməmək üçün... – Psixoloq məsləhəti

Media 25 Aprel 2022 | 15:24
OXUNUB: 2275
Son həftələr ərzində ölkədə sonu qətllə nəticələnən cinayət hadisələrinin sayı artıb. Məsələnin qəribə tərəfi odur ki, cinayət hadisələrinin sonunda cinayətkarlar intihar edir. 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnistitunun əməkdaşı, psixoloq Əli Xəlilov intihar hallarının işıqlandırılmasının bəzi insanlara ciddi mənada təsir etdiyini bildirib. Ə.Xəlilov dünya üzrə qətllərin çoxunun qısqanclıq zəminində baş verdiyini vurğulayıb: 
 

 
"Belə halların yaranmasına bir çox sosial və psixoloji problemlər səbəb olur. Cəmiyyətdə müxtəlif növ insanlar, dolası ilə də düşüncə fərqlilikləri var. 
Belə cinayətlərin çoxalmasında məsələlərin işıqlandırılması da rol oynayır. Çətin vəziyyətdə olan insanlar cinayəti çıxış yolu olaraq görür və bəzən əvvəldən planlama aparır. Bir qisim insanlar üçün cəmiyyət rəyi əsasdır və həmin şəxslər araşdırma etmədən qarşı tərəfin üzərinə düşə bilir. Qətl hadisələrinin 12-14 faizi qısqanclıq üstündə baş verir. 

Bəzi cütlüklər bir-birləri ilə düzgün ünsiyyət qura bilmir. Qisas məqsədli xəyanət edən də var, cinayət törədən də. Buna görə də psixi pozğunluğu olan şəxslər mütləq müalicə edilməlidirlər. 

Cinayət affekt vəziyyəti adlandırılan durumda da baş verə bilər. Bu vəziyyət qısa davam edir. Bu emosional vəziyyətə girən insan heç nəyi düşünmədən cinayət törədir. 

Psixoloq cinayət törədən şəxsin sonda intihara əl atmasının da səbəblərindən danışıb. Mütəxəssisin sözlərinə görə, cinayətkar bəzən həbsdən qorxduğu üçün, bəzi hallarda da peşmanlıq hissi ilə mübarizə apara bilmədiyi üçün intihara sürüklənir:

"Bir araya gəlməyib, konstruktiv ünsiyyətdən qaçan cütlüklərdə psixoz vəziyyət daha da ağır formada olur. Sonu qətllə bitən münasibətdə cinayəti törədən tərəfin sonda özünü öldürməsi mürəkkəb psixoloji haldır. Belə ki, cinayəti törədən şəxs bundan sonra yaşamaq üçün səbəb görmür. Bundan başqa, o, başına gələcək hadisələri, bundan sonrakı çətinlikləri də düşünərək intihara əl atmış ola bilər. 

Psixologiyada "Otello sindromu” adlı problem var. Bu sindromu yaşayan insanlar həddən artıq qısqanc olurlar. Bunun sonu isə çox pis bitir. Bu səbəblə insanlar münasibətə daxil olarkən, evlənərkən psixoloji müayinələrdən düzgün qaydada keçməlidirlər. Bu tip problem aşkarlanan insanlardan vaxtında uzaqlaşmaq lazımdır”.

Əzizə Zeynal
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man