Əcnəbilər Azərbaycan banklarında pullarını niyə artırırlar? - SƏBƏB MƏLUM OLDU

Media 25 Aprel 2022 | 14:54
OXUNUB: 1193
Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi.

Sfera.az bildirir ki, əmanət qoyuluşunda əcnəbilərin payının artmasının səbəbi bu ilin fevral və mart aylarında xarici ölkə vətəndaşları tərəfindən banklara böyük məbləğdə pulun yerləşdirilməsidir.

Yanvarın sonunda əcnəbilərin əmanətlərinin həcmi 294,1 milyon manat olduğu halda, fevralın sonunda 551,7 milyon manata, martın sonunda 722,5 milyon manata yüksəlib.

Banklarda sonuncu dəfə əmanətlərin həcminin bu qədər çox olması faktına 2018-ci ildə rast gəlinib. Həmin tarixdən sonra əmanətlərin həcmi davamlı azalaraq 280 milyon manata düşüb.

Əcnəbilər əmanətlərini daha çox xarici valyutalarda yerləşdirir. Onların əmanətlərinin 536,8 milyon manatı, yəni 74,3 faizi xarici valyutadadır.

Lakin xarici valyuta ilə yanaşı manatla da qoyulan əmanətlərdə artım var. Aprelin 1-nə olan məlumata görə əcnəbilərin əmanətlərinin 185,7 milyon manatı milli valyutada qoyulub ki, bu da ən yüksək göstəricidir.

Manatla yerləşdirilən əmanətlərin həcminin artması məzənnənin sabit olması və milli valyutada olan pullara bankların daha yüksək faiz təklif etməsi ilə bağlıdır.


Vasif
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man