Konstitusiyaya dəyişikliklə bağlı qalmaqallı təklifə REAKSİYA

Media 22 Aprel 2022 | 15:15
OXUNUB: 1912
"Ümid” Partiyası Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürüb.
 
Partiya sədri İqbal Ağazadə hər əlavə və dəyişiklik barədə təklif etdikləri maddəni ayrıca müzakirə üçün təqdim edib:

"I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir. Azərbaycan Respublikası Azərbaycan türk dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

III. Hər bir Azərbaycan vətəndaşı dövlət dilini bilməlidir.

Qeyd edək ki, qanunun mövcud variantı aşağıdakı kimidir:

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Mövcud təkliflə bağlı Sfera.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə konstitusiyada dillə bağlı dəyişikliyin olmasına dilçilərin diqqət yetirməsinin daha düzgün olduğunu deyib: 

"İqbal müəllim savadlı insan, yaxşı siyasətçidir. Lakin mən hesab edirəm ki, dil məsələsinə siyasətçilərlə bərabər, dilçilər də münasibət bildirməlidir. Mən xatırlayıram ki, dil məsələsi ilə bağlı o vaxtlar da müxtəlif fikirlər vardı və ulu öndər "Azərbaycan dili” yazılması ilə bağlı öz sözünü dedi. Dillə bağlı məsələnin əsas məsuliyyəti dilçilərin üzərində olmalıdır”. 

Hüquqşünas konstitusiya dəyişikliyinə ehtiyac olduğunu və 125 deputatın Azərbaycan dövləti üçün az olduğunu bildirib:

"Azərbaycanda konstitusiya dəyişikliklərinə ehtiyac var. Artıq yeni bir dövrə qədəm qoymuşuq, torpaqlarımız işğaldan azad olunub, azad olunan ərazilərdə bələdiyyə seçkiləri keçirilməyib, icra strukturlarında yeni idarəetmə görürük. Konstitusiya ilk dəfə qəbul olunanda bizim əhalinin sayı indiki qədər deyildi. 10 milyondan artıq əhalisi olan ölkə üçün 125 deputat azdır. Bir millət vəkilinin 40-55 min seçici ilə işləməsi də olduqca çətindir. Ona görə də konstitusiya islahatalarında seçkilərlə bağlı dəyişikliklər olmalıdır. Artıq qonşu ölkələrdə olduğu kimi bizdə də majoritar və proporsional seçki sistemi tətbiq olunmalıdır. Parlamentin boş qalan yerlərinə seçkilər keçirilməlidir.Ümumilikdə konstitusiya islahatlarının aparılması, referendum keçirilməsinin mən də tərəfdarıyam. Belə hesab edirəm ki, müvafiq komissiya yaradılmalı və zamanın tələblərini özündə ehtiva edən konstitusiyaya keçid olmalıdır”. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man