Regionlara sərmayə qoyuluşu ilə bağlı hansı müsbət nəticələr əldə edilib? - TƏHLİL

Media 22 Aprel 2022 | 14:28
OXUNUB: 1581
Azərbaycan iqtisadiyyatı üçün xarakterik problemlər sırasında ən önəmlisi biznesin böyük hissəsinin ölkənin bir regionunda - Bakıda cəmləşməsidir. Qeyd edilən problem hələ də öz aktuallığını qoruyur və gələcəkdə iqtisadiyyatın balanslı inkişafı üçün müəyyən risklər yaradır.
 
Sfera.az xatırladır ki, bu təhlükəni aradan qaldırmaq məqsədilə dövlət səviyyəsində bir sıra qabaqlayıcı tədbirlər görülür. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair 5 proqramın qəbul edilməsi buna misaldır.

Hökumətin regionlara xüsusi diqqət ayırması təsadüfü deyil. Çünki Azərbaycanda açılan istehsal müəssisələrinin, xidmət sahələrinin, turizm obyektlərinin mütləq əksəriyyəti məhz paytaxtda yaradılırdı. Bu cür inkişaf iqtisadiyyatın sağlam şəkildə böyüməsini təhlükə altına atdığına görə hökumət regionların inkişafına xüsusi diqqət ayırdı, bura məqsədli investisiyaların qoyuluşunu artırdı, infrastruktur layihələrini genişləndirdi.

Regionların inkişafı ilə bağlı proqramların icrasından sonra bölgələrdə yeni açılan müəssisələrin sayı sürətlə artmağa başlayıb. İndi regionlar qeyri-neft sektorunda məhsul istehsalında daha güclü mövqeyə sahibdir. Bu dəyişiklik özünü yeni iş yerlərinin açılmasında da göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə yeni iş yerləri əsasən regionlarda açılır. 2003-cü il oktyabrın 1-dən indiyədək təxminən 2,3 milyon iş yeri yaradılıb. Onun təxminən 1,7 milyonu 700 mini daimi iş yeridir. Yaradılan iş yerlərinin 74 faizi regionlardadır. 

Regionlarda açılan iş yerlərinin sayının sürətlə artması regionlara qoyulan investisiyaların həcminin artması və digər maliyyə dəstəyinin olması ilə birbaşa bağlıdır. Xüsusilə dövlət investisiya xərclərinin sürətlə böyüməsi öz faydasını göstərir.

Məlumata əsasən, bölgələrə qoyulan sərmayələrin böyük hissəsi məhz dövlət investisiya xərcləri hesabına təmin edilir. 2005-2021-ci illərdə dövlət büdcəsindən investisiya məqsədilə ayrılan vəsaitin 80 faizdən çoxu regionlara yönəldilib.

Arzuedilməz hal ondan ibarətdir ki, regionların inkişafı üçün əsas iş dövlət vəsaitlərinin, sərmayəsinin üzərinə düşür. Görülən işlərin miqyası və əhəmiyyəti böyük olsa da regionlara özəl biznesin investisiyalarını artırmaq, yerli istehsal infrastrukturunu yaxşılaşdırmaq üçün əlavə tədbirlərin görülməsi şərtdir.
Bunun üçün ilk növbədə sahibkarlara yaradılan iqtisadi imkanları daha da yüksəltmək lazımdır. Təcrübi baxımdan belə reallıq var ki, istehsal infrastrukturuna istiqamətləndirilən kapital qoyuluşları bütövlükdə real sektora yönələn investisiyalardan spesifikliyi ilə fəqlənir. Respublikanın regionlarında istehsal mühitin daha çox aqrar sektorla bağlı olduğu məlumdur. Buna görə də regional istehsal infrastrukturunun inkişafı da aqrar sektordakı vəziyyətlə birbaşa əlaqəlidir.
 
Mütəxəssislər hesab edirlər ki, aqrar sektorda irəliləyişə nail olmaq üçün ilk növbədə investisiya prosesinin möhkəmlənməsini stimullaşdırmaq, kənd təsərrüfatı məhsullarının geniş satış bazarını müəyyən etmək lazımdır. Bununla belə, yetərli investisiya təminatı olduğu şəraitdə, maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün hər bir istehsalçı fəaliyyətə başlama ərəfəsində hansı kənd təsərrüfatı məhsulunu istehsal edəcəyi və onu harada, neçəyə satacağı barədə real təsəvvürə malik olmalı, təsərrüfatlarda elmin və qabaqcıl təcrübənin nailiyyətlərindən geniş istifadə edilməlidir.

Aqrar sektorda dövlət investisiya strategiyasını getdikcə kapital qoyuluşları strategiyası əvəz etməlidir. Prosesə üstün olaraq sahibkar kapitalı cəlb edilməli və bu istiqamətdə bələdiyyə resurlarından da səmərəliliklə istifadə edilməlidir. Hədəf isə kənd təsərrüfatı məhsulunun yetişdirilməsindən tutmuş, onun istehlak olunmasınadək bütün prosesləri ehtiva edən səhmdar cəmiyyətlərin yaradılması olmalıdır. Bununla belə, davamlı inkişafın hərtərəfli təmin edilməsi naminə yerli resurslara əsaslanan, xarici bazarlara çıxışı olan istehsal sahələrinin də qurulması vacibdir. Buna görə də regionlarda daxili resursların daha rasional istifadəsi istiqamətində istehsal infrastrukturunun təkmilləşdirilməsi üçün yerli idarəetmə orqanları kompleks tədbirlər planı işləyib hazırlamalı və onun ardıcılıqla yerinə yetrilməsinə nail olmalıdırlar.

Azərbaycanın regionlarındakı iqtisadi və sosial problemlərin həlli üçün bölgələrdə yeni iş yerləri yaradan sahibkarlara vergi və digər güzəştlər tətbiq edilməsi də təklif olunur. Bu olduqca zəruridir. Çünki regionda iş yerləri yaradılması daha böyük zəhmət və xərc tələb edir. Regionlarda istehsal edilən məhsulların Bakıya çatdırılması və s. üçün daha çox vəsait tələb olunur. Bütün bunları nəzərə alaraq, hökumət özü də ucqar bölgələrdə açılan yeni fabrik-zavodlar üçün vergi və digər güzəştlərin verilməsində maraqlı olmalıdır.

Vasif
Sfera.az

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man