Dünən sosial şəbəkələrin Azərbaycan seqmentində 100-dən çox "Wolt” kuryerinin işə çıxmadığına dair malumat yayılıb. Kuryerlərin işə çıxmamasına səbəb çatdırılmaya görə aldıqları ödənişlərin azaldılmasıdır.
Sfera.az xəbər verir ki, adının açıqlanmasını istəməyən "Wolt” kuryeri açıqlamasında məlumatı təsdiqləyib.
Onun dediyinə görə, ödəniş son 2,5 il ərzində 2.7-2.8 manatdan 1.6 manata kimi azaldılıb:
"Qiymətlər şirkət tərəfindən səbəbsiz şəkildə aşağı salınıb. Qiymətlərin aşağı salınmasına etiraz etdikdə isə şirkətdən "onsuz da işləmək istəyən çoxdur" cavabını alırıq”.
Kuryer qeyd edib ki, bənzər tendensiya digər kuryer şirkəti olan "Bolt”da da müşahidə edilir:
"Kuryerlərin Telegram kanalında təşkilatlanmasına başlamışıq. Ayın 26-dan etibarən "Bolt” kuryerləri də bizə qoşulacaq”.