Kreditlər daha çox hansı sahəyə ayrılır? - Əhalinin borcu artmaqda davam edir

Media 22 Aprel 2022 | 13:12
OXUNUB: 993
Azərbaycanda banklar və digər kredit təşkilatları tərəfindən 18 milyard manatdan çox kredit verilib.

Sfera.az bildirir ki, ayrılan kreditlərin daha çox hissəsini ev təsərrüfatları alıb.

2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən, bütün kreditlərin 51,4 faizi, yəni 9,26 milyard manatı əhaliyə ayrılıb.

Rəsmi məlumatlardan bəlli olur ki, əhaliyə verilən kreditlərin həcmi və ümumi kredit qoyuluşunda payı davamlı artır. Belə ki, bir il əvvəl ev təsərrüfatlarının 6,87 milyard manat kredit borcu var idi və bu məbləğ ümumi kreditlərin 46,6 faizini təşkil edirdi.

2016-cı ildə əhalinin kredit borcu daha az olub. Həmin dövrdə əhalinin borcu 5,86 milyard manat idi və bütün kreditlərin 35,6 faizini formalaşdırırdı.

Əhalinin kredit borclarının artması bir sıra xərclərin ödənilməsinin asanlaşdırılması baxımından əhəmiyyətlidir. Xüsusən də iri məbləğli istehlak xərclərinin ödənilməsində kreditlər köməkçi vasitədir.

Amma nəzərə alaq ki, əhalinin istehlak üçün aldığı kreditlər əsasən idxal mallarının əldə edilməsinə yönəldilir. Kreditlərlə elektron avadanlıqlar, məişət avadanlıqları, avtomobillər və sair bu kimi mallar alınır. Həmin malların əsas hissəsi idxal edildiyindən istehlak kreditləri dolayı şəkildə idxalı artırır.
Buna görə də bir sıra ekspertlər əhaliyə verilən kreditlərin məbləğinin artmasının makroiqtisadi tarazlıq baxımından riskli hesab edir.

Mərkəzi Bankın məlumatına görə, ev təsərrüfatlarının aldığı kredit borcunun 82 faizi istehlak, qalanı biznes məqsədilə götürülüb. Son 2-3 ildə biznes kreditlərinin payı artsa da hələ də istehlak kreditlərinin həcminin daha yüksək olduğu danılmazdır.

Əhalinin xərclərinin artmasını, tələbatın ilbəil genişlənməsini nəzərə alsaq, qarşıdakı dövrlərdə də ev təsərrüfatlarına verilən kreditlərin həcmi artacaq. Bu hal əhalinin borc yükünün bir qədər də ağırlaşmasına səbəb olacaq.

Hazırda əhalinin adambaşına düşən kredit borcu 910 manatdır. Bir il əvvəl adambaşına düşən borcunun məbləği 690 manat, beş il əvvəl isə 465 manat idi.


Vasif
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man