Qarşıda ağır döyüşlər var... - "Putin bu ərazidə qondarma respublika yaradacaq"

Media 22 Aprel 2022 | 12:41
OXUNUB: 1025
ABŞ Ukraynaya daha 800 milyon dollarlıq silah-sursat və hərbi texnika göndərəcək.
 
Prezident Bayden tərəfindən elan olunan yeni hərbi yardım paketinin əsas hissəsini uzaqvuran artilleriya qurğuları və dronlar təşkil edir. Bundan əlavə, Ukrayna hökumətinə 500 milyon dollar maliyyə yardımı da ayrılıb. 

G-7 çərçivəsində isə Ukrayna büdcəsinə dəstək məqsədilə azı 24 milyard dollar ayrılması qərarlaşdırılıb.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  ABŞ-ın Ukraynaya hərbi yardımı və Avropa İttifaqının da analoji dəstəyi Rusiyanın geniş hücumlarının qarşısını alır:

"Rusiyanın Mariupolu işğal etməsi və Donbassla Krım arasında quru əlaqəni təmin etməsi Kremlin planın əsas tərkib hissəsi idi. Rusiya cənub-şərqi götürməklə Azov dənizinə Ukraynanın çıxışının qarşısını alır. Putinin burada "Novorassiya” adında qondarma  respublika yaratması mümkündür.  Bununla Rusiya Ukrayna ilə danışıqlara gedib, öz şərtlərini diktə edəcək.  Amma, Ukrayna rəhbərliyinin indiki şərtlər daxilində Rusiya ilə danışıqlara getməsi gözlənilmir. Ukraynaya silah və maliyyə yardımı Kiyevin Rusiyanı Xerson və Mariupoldan çıxarılması ilə nəticələnə bilər”.

Politoloq qeyd edib ki, qarşıda ağır döyüşlər gözlənilir və Rusiyanın bu istiqamətdə məğlubiyyəti qaçılmazdır:

"Türkiyənin vasitəçiliyi ilə başladılan danışıqların sonlanması Moskvanın işağlı davam etdirmək siyasətindən irəli gəlirdi. Çünki, Rusiya Donbasla Krım arasında quru əlaqəni bərpa etməməklə, müharibəni dayandırması mümkün görünmürdü. Rusiya bu planı reallaşdırdı və danışıqlara qayıda bilər. Amma, Ukrayna bununla razılaşmayacaq”.

Qeyd edək ki, savaş başlayandan bəri ABŞ Ukraynaya 2,6 milyard dollarlıq silah-sursat göndərib, sonuncu yardımla bu məbləğ 3,4 milyarda yüksəlib.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man