Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

Media 22 Aprel 2022 | 11:55
OXUNUB: 1331

2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda verilən kreditlərin 685,2 milyon manatı vaxtında qaytarılmayıb. Vaxtında geri qaytarılmayan kreditlər bütün kreditlərin 3,8 faizini təşkil edib.


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, son illərdə vaxtında qaytarılmayan kreditlərin həm məbləği, həm də kreditlərdə payı azalır.


Müqayisə etsək, bir il əvvəl 918,2 milyon manat kredit vaxtında qaytarılmamışdı və bu vəsaitin cəmi kreditlərdə payı 6,2 faiz idi.


2017-ci ildə isə daha acınacaqlı vəziyyət yaranmışdı. Həmin dövrdə vaxtında qaytarılmayan kreditlərin məbləği 1,626 milyard manata, ümumi kredit qoyuluşunda payı 13,8 faizə yüksəlmişdi.


Statistika göstərir ki, xarici valyutada verilən kreditlər üzrə geri ödəmədə gecikmə payı milli valyutada alınan kreditlərdə daha yüksəkdir.


Vasif

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man