"Ermənistanda müxalifətin qatılacağı məşəl mərasimi “qanlı şənbəyə” çevrilə bilər" - PROQNOZ

Media 22 Aprel 2022 | 12:12
OXUNUB: 901
Sabah Ermənistanın paytaxtı İrəvan və digər böyük şəhərlərdə qondarma "soyqırımın” 107-ci ildönümünə həsr olunan məşəl mərasiminin keçirilməsi nəzərdə tutulub.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu il sözügedən mərasim daha fərqli məzmun daşıyacaq və bunun "qanlı şənbə”yə çevrilmək ehtimalı mümkündür:

"Ermənistanın keçmiş prezidentlərindən biri Robert Köçəryanın məşəl mərasimində iştirak edəcəyini elan etməsi  heç də qondarma "soyqırı"la bağlı deyil. Bu dəfə o, Ermənistan müxalifətinin ən öndə gedən nümayəndəsi kimi, əllərində götürdüyü məşəllərdən istifadə edərək Paşinyan hökumətinə qarşı müxalifətin təşkil etdiyi nümayişə rəhbərlik edəcək. Artıq bir neçə gündür ki, İrəvanda müxalif qüvvələr nümayişə bənzər nə isə təşkil etməyə cəhd edirlər, amma hələ ciddi dəstəyə nail ola bilməyiblər. Çünki, erməni xalqını təmsil edən kütlə artıq Köçəryan və onun ətrafında olan Qarabağ erməni klanının yenidən hakimiyyətə gəlmək iddialarından xəbərdardır və bu dəfə deyəsən onların siyasi səhnəyə yolunu bağlayıblar”.

Politoloq qeyd edib ki, Rusiya ilə münasibətlərin zahirdə normallaşmasından sonra, Ermənistandakı müxalif qüvvələrə qarşı bu ölkənin diqqətinin azalacağı gözləniləndir:

"Bu vaxta qədər məhz Rusiyanın və ya Moskvada  mövcud olan tərəfdarlarının dəstəyi ilə üzdə qalan üçlüyün qara günləri başlayır. Onlar vəziyyətdən istifadə edərək siyasi səhnədə mövcudluqlarını saxlamağa çalışırlar. Bu zaman guya erməni xalqı üçün müqəddəs hesab olunan qondarma "soyqırım” ənənəsindən də siyasi məqsədləri naminə istifadə etməkdən çəkinmirlər. Onlar uzun müddətdən bəri keçirilən məşəl yürüşünə qatılmaqla insanları nümayişə cəlb etmək istəyirlər. Amma bu addımın müxalifət üçün faciə ilə nətcələnə biləcəyi istisna olunmur. Çünki Rusiya və Avropa tərəfində müəyyən qədər manevr etmək azadlığı əldə edən Paşinyan hökumətinin, vəziyyəti daha da gərginləşdirməyə çalışan Köçəryan komandasına divan tutacağı gözləniləndir. Belə olan halda, müxalifətin ciddi-cəhdlə hazırlaşdığı məşəl mərasiminin  "qanlı şənbəyə” çevrilə biləcəyi olduqca real görünür”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man