Zelenski Ukraynaya lazım olan məbləği AÇIQLADI

Media 22 Aprel 2022 | 11:55
OXUNUB: 857
Ukrayna prezidenti Vladimir Zelenski Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun forumunda videokonfrans vasitəsilə çıxış edib.
 
Sfera.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumlarının vurduğu iqtisadi itkilərə görə Ukraynanın ayda təxminən 7 milyard dollara ehtiyacı olduğunu açıqlayıb.

Rusiyanın qlobal ərzaq tədarükünü təhdid etməkdə günahlandıran V. Zelenski Rusiyanın Qara dənizdəki liman şəhərlərini mühasirəyə alması səbəbindən Ukraynanın buğda kimi ərzaq məhsullarını  ixrac etməsinin qeyri-mümkün olduğunu deyib.

O bildirib ki, Rusiyanın hücumları və mühasirələri taxıl idxal edən ölkələrdə ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Müharibə nəticəsində ciddi iqtisadi itkilər verdiyinə görə Ukraynanın hazırda ayda təxminən 7 milyard dollara ehtiyacı olduğunu qeyd edən Ukrayna prezidenti Rusiya ordusunun ölkəsinə iqtisadi cəhətdən xidmət edə biləcək hər şeyi məhv etməyi hədəflədiyini və buraya qatar stansiyaları, ərzaq anbarları və neft emalı zavodlarının da daxil olduğunu diqqətə çatdırıb.

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man