Putin böyük qızının ölkədən çıxışına QADAĞA QOYDU: Qaçmağı planlaşdırırmış

Media 22 Aprel 2022 | 11:45
OXUNUB: 2596
Rusiya lideri Vladimir Putin böyük qızının ölkədən çıxışına qadağa qoyub.
 
Sfera.az bildirir ki, Mariya Vorontsova gələn həftə 37 yaşını qeyd etmək və romantik zaman keçirmək üçün münasibətdə olduğu 33 yaşlı Yevgeni Naqornı ilə tətil planlaşdırırmış. 

Rusiya mətbuatının yazdığına görə, Putin Mariyanın mühafizəsini gücləndirərək onun planına qəti şəkildə etiraz edib. Mariyanın Qərb ölkələrinə səyahətinə qadağa qoyulub. 

Məlumata görə, Rusiya lideri böyük qızının ölkəyə qayıtmamaq qərarı almağından şübhələnib. Lakin onun bu qərarının arxasında atasının Ukraynaya qarşı apardığı qanlı müharibə olub-olmadığı dəqiqləşdirilməyib. 

Mariyanın əvvəllər Avropaya getməyi hədsiz dərəcədə sevdiyi bildirilir.

Qeyd edək ki, 36 yaşlı Mariya Putinin Rusiyanın keçmiş birinci xanımı Lyudmila ilə evliliyindən olan qızıdır. O, Rusiya liderinin KQB casusu olduğu vaxt doğulub. Mariya uşaqlarda nadir rast gəlinən genetik xəstəliklər üzrə ixtisaslaşıb və Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin aparıcı elmi işçisidir.
 
Mariyanın sevgilisi isə onunla tanışmamışdan əvvəl repressiv siyasətinə görə "Kreml düşməni” kimi tanınırdı. Putinə qarşı ritorikası ilə seçilib. O, Moskva Maliyyə və Hüquq Universitetinin gömrük fakültəsində oxuyub, daha sonra gübrə şirkətində işləyib və müxalifətin gündəmində olub.

Mariyanın keçmiş əri isə uzun müddət Rusiyada "Qazprombank-İnvest” və "Stroytransqaz” şirkətlərində çalışıb. 

Mariyanın bacısı Katerina da Putinin keçmiş arvadı Lyudmila ilə evliliyindəndir. O, Moskva Dövlət Universitetində Mürəkkəb Sistemlər Elmi-Tədqiqat Riyaziyyat İnstitutunun direktor müavini vəzifəsində çalışır. Onların ögey bacıları, Yelizaveta Krivonoqix kimi tanınan 19 yaşlı Luiza Rozova isə Putinin hazırda iri Rusiya bankının yarısının sahibi olan 45 yaşlı multimilyoner Svetlana Krivonoqixlə münasibətinin meyvəsidir. 19 yaşlı gənc qız sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəm yaradır. 

Putinin hər üç qızı Ukrayna ilə müharibəyə səssiz qalıb və onların münaqişə ilə bağlı fikirləri məlum deyil.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man