Bu məhsullar ölkəmizdə BAHALAŞMA YARADIR - TƏHLİL

Media 22 Aprel 2022 | 10:15
OXUNUB: 775
Azərbaycanda istehsal edilən meyvə-tərəvəzin ixraca yönəldilən hissəsində son illərdə artım müşahidə edilir. Əgər on il bundan öncə istehsal edilən meyvə-tərəvəzin 5-10 faizi xaricə satılırdısa, hazırda bu nisbət 14 faizə çatıb. Başqa sözlə, indi, ölkəmizdə istehsal olunan hər 100 kq meyvə-tərəvəzin təxminən 14 kq-ı xaricə göndərilir.

Sfera.az bildirir ki, meyvə-tərəvəz məhsulları üzrə balansda ixracın payının artması ölkəmizdə həmin məhsulların qiymətinin yüksəlməsinə səbəb olur.

Rəsmi məlumatlar da ixracdakı artım sürətinin istehsaldakı artım sürətini qabaqladığını göstərir. 2000-ci ildə ölkəmizdə 2,07 milyon ton meyvə-tərəvəz istehsal edilib və bu məhsulun 50 min tonu, yəni umumi istehsalın 2,4 faizi xaricə satılıb.

Meyvə-tərəvəz istehsalı 2013-cü ildə 3,662 milyon ton olub. Amma ixrac daha çox artaraq 293 min tona çatdığından ixracın istehsala olan nisbəti 8 faizə yüksəlib.

2019-cu ildə isə istehsal 4,47 milyon ton olduğu halda, ixrac 628,5 min tona, istehsalın ixraca nisbəti isə 14,1 faizə çatıb.

2020-ci ildə istehsalın 13,3 faizi, 2021-ci ildə 13,5 faizi xaricə göndərilib.

2022-ci ildə də ixracda artım var və böyük ehtimalla ilin sonunda ixracın nisbəti 14 faizə çatacaq.

İstehsalın daha çox artması ixrac bazarlarında qiymətlərin Azərbaycanla müqayisədə yüksək olması ilə bağlıdır. Məsələn, 2022-ci ilin birinci rübündə ölkəmizdən ixrac edilən tərəvəzin bir kiloqramı topdansatış qiymətləri ilə orta hesabla 2 manata, meyvənin bir kiloqramı isə orta hesabla 2,3 manata satılıb. İxrac qiyməti daxili bazar qiymətindən yüksək olduğundan istehsalçılar və topdansatıcılar xarici bazarlara üstünlük verirlər.

Yaranmış vəziyyətdə tələb/təklif nisbətində tarazlıq pozuluq və nəticədə qiymətlər Azərbaycanda da yüksəlir. Rəsmi məlumatlara görə bu ilin martında tərəvəzdə illik müqayisədə qiymətlər 58 faiz, meyvələrdə 10 faiz artıb.

Daha çox qiymət artımının qarşısını almaq üçün ən optimal yol yerli istehsalın daha sürətlə artırılmasıdır. Azərbaycanda meyvə-tərəvəz istehsalı ilbəil artır, lakin ixracın yüksək olmasını nəzərə alaraq istehsalın artım sürətinin gücləndirilməsi vacibdir.


Vasif
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man