"Son terrorçu məhv edilənədək türk ordusu mübarizəni dayandırmayacaq" - TÜRK GENERAL

Media 21 Aprel 2022 | 17:30
OXUNUB: 958
"Türkiyə silahlı qüvələri "Pəncə-Qıfıl” əməliyyat çərçivəsində İraqın şimalındakı terrorçulara qarşı intensiv zərbələr endirir. Ankara əməliyyatları Şimali İraqın yerli orqanları və rəsmi Bağdadla koordinasilı şəkildə icra edir. Əməliyyatın keçirildiyi Zap və Avaşin-Basyan bölgəsini tam təmizləndikdən sonra, növbəti mərhələdə təxminən 100 km uzaqlıqdakı Qəndil, Mahmur və Sincar bölgəsində də əməliyyatlar keçiriləcək”.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terrorçularına qarşı başlatdığı "Pəncə-Qıfıl” əməliyyatının hazırkı gedişatı haqda danışarkən deyib. 

Onun sözlərinə görə, son terrorçu məhv edilənədək türk ordusu mübarizəni dayandırmayacaq:

"Əməliyyatlar hazırda Türkiyə-İraq sərhədində 300 km uzunluğunda və 30-35 km dərinlikdə təhlükəsizlik zolağını təşkil etmək və terroru öz yuvasında məhv etmək məqsədi daşıyır. 

Türkiyə Silahlı Qüvvələri terrorizmlə mübarizə təcrübəsi və döyüş qabiliyyəti ilə dünyada birinci yerdədir. Dünyada terrorizmə qarşı mübarizə apara biləcək bir nömrəli ölkə Türkiyədir. Çünki Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, inancı, əlində olan silah sistemləri və 38 illik terrorla mübarizə təcrübəsi onu dünyanın ən döyüşkən ordusu halına gətirib. Qətiyyətimiz və inancımız tamdır, son terrorçu məhv edilənədək əməliyyatlar davam edəcək”.

Y. Karauz qeyd edib ki, PKK terorçuları itkilərinin əvəzini teror aktları keçirməklə çıxmağa çalışır:

"Əlbəttə, türk ordusunun bu qərarlı mövqeyinin fəsadları da var. Məsələ ondadır ki, Türkiyə Ordusunun qarşısında duruş gətirə bilməyən terrorçular kütləvi terror aktları törətməyə çalışır. Bursada törədilən terror aktı buna misal ola bilər. Ancaq bu da bizi yolumuzdan döndərməyəcək. Çünki Ordumuzun qarşısında duruş gətirə bilməyən terrorçular hər zaman xain addımlara əl atıb. Bursada Penitensiar Xidmətin əməkdaşlarına qarşı törədilən terror aktı da belə xain əməllərdən, cinayətlərdəndir. Terror aktı nəticəsində bir əməkdaş şəhid olub, dörd əməkdaş isə yaralıdır”. 

Turan Rzayev 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man