Norveç Sərvət Fondu 74 milyard dollar itirdi - BU QAYDALARDAN SONRA

Media 21 Aprel 2022 | 17:10
OXUNUB: 723
Norveç Sərvət Fondunun aktivlərinin dəyəri bu ilin birinci rübündə 74 milyard dollar azalıb.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, aktivlərin dəyərdən düşməsinə səbəb Rusiyanın Ukraynanı işğal etməsi və Çində karantin qaydalarının sərtləşdirilməsindən sonra birjalarda yaranan dalğalanmalardır.

Birjalarda dəyər itkisi ilə əlaqədar 1,3 trilyon dollar aktivə sahib olan Sərvət Fondunun sahib olduğu vəsaitlərin dəyəri 4,9 faiz azalıb.

Qeyd edək ki, neftin və digər əmtəələrin bahalaşmasına baxmayaraq şirkətlərin dəyərinin azalması müşahidə edilir. Səhm bazarında ucuzlaşma ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondu da 1,66 milyard manat, yəni 1 milyard dollar dəyər itkisi ilə üzləşib. Fondun daha çox zərər etməsinin qarşısını isə bu il neftin bahalaşması alıb. Neft gəlirlərinin yüksək olması səbəbindən Fond aktivlərini 200 milyon dollardan bir qədər çox artıra bilib.

Vasif
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man