Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) dərc etdiyi ən son "İqtisadi Təsir Hesabatı"na (EIR) görə, növbəti on il ərzində təxminən 126 milyon yeni iş yerinin yaradılması gözlənilir.
Sfera.az xəbər verir ki, "WTTC”nin artım proqnozu özəl sektorun bu sahədə hərəkətverici qüvvə olmağa davam edəcəyini göstərir.
"EIR” hesabatında səyahət və turizm sektorunun həcminin orta hesabla 5,8 faiz artacağı proqnozlaşdırılır. 2022-2032-ci illər arasında bunun qlobal iqtisadiyyat üçün 2,7 faiz artım tempini keçəcəyi və 14,6 trilyon dollar və ya ümumi qlobal iqtisadiyyatın 11,3 faizini təşkil edəcəyi düşünülür.
Hesabatda, həmçinin bildirilir ki, 2023-cü ilə qədər turizm pandemiyadan əvvəlki səviyyələrə çata bilir. Bu artım səyahət və turizm məşğulluğunun artmasına səbəb olacaq.
Əzizə Zeynal
Sfera.az