Putinin daha bir planı İFŞA EDİLDİ: “2 il əvvəl...”

Media 21 Aprel 2022 | 16:47
OXUNUB: 1121
Ukrayna-Rusiya müharibəsi ilə bağlı maraqlı fikir irəli sürüb.
 
Sfera.az-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iddia edib ki, Kreml 2020-ci ilin avqustunda keçiriləcək seçkilərdən sonra etirazları yatırmaq üçün Belarusa müdaxilə etməyi planlaşdırıb. 

Belə ki, "İndependet” qəzetində nəşr edilən sənədlərə əsasən, kremlpərəst Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə qalib gəlib, lakin Moskvanın daxil olduğu seçkilərdə korrupsiya iddiaları ölkəni qarışdırıb. Seçkilərin saxtalaşdırıldığını deyən müxalifət kütləvi etiraz aksiyalarına başlayıb. Minsk administrasiyası 10 aydır davam edən etirazları sərt şəkildə sakitləşdirib və minlərlə iştirakçı saxlanılıb. Müxalifət xadimləri ya həbs olunublar, ya da başqa ölkədə mühacirətdə yaşamağa başlayıblar.

Ukrayna kəşfiyyatının yaydığı sənədlərə görə, Rusiya öz müttəfiqi Lukaşenkoya qarşı bu etirazları yatırmaq üçün 1-ci Tank Ordusunu işğala hazırlayıb. İşğal hədəfinin, həmçinin Moskvanın NATO-ya üzv dövlətləri ilə münaqişədən qaçmaq üçün yaradıldığı ehtimal olunub. Sənədlər yayılan gün ABŞ Müdafiə Nazirliyinin rəsmisinə məsələ ilə bağlı sual verilib, lakin adı açıqlanmayan məmur şərh verməyəcəyini bildirib.

Digər tərəfdən, yazıda, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin Belarusun da Moskvanın yanında müharibəyə müdaxilə edəcəyindən narahat olduğu ifadə edilib. Qeyd edilib ki, Ukraynanın şimal qonşusu Belarus müharibədə birbaşa iştirak etməsə də, Rusiya qüvvələrinə onun ərazisindən istifadə etməyə icazə verir.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man