Dövlətdən mənzil alan ailələrin sayı AÇIQLANDI: Ən çox ev bu ailələrə verilib

Media 21 Aprel 2022 | 15:59
OXUNUB: 991
Azərbaycan dövləti ötən il 3 258 ailəni mənzillə təmin edib.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, mənzil alan ailələrin üzvlərinin sayı 12 652 nəfərdir.

Dövlətdən mənzil alanların böyük hissəsini məcburi köçkünlər təşkil edib. Onlara 820 mənzil verilib.

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olanların ailələr 773, qeyd edilən səbəbdən əlil olanlar 748 mənzillə təmin olunub.

Ümumi səbəbdən əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələrinə 275, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlara 271, 1990-cı ilin 20 yanvar hadisələrində həlak olanların ailələri və zərər çəkənlərə 10, ehtiyata buraxılan hərbi qulluqçulara 9, xidmətdə olan hərbi qulluqçulara 1, gənc ailələrə 1 mənzil verilib. Mənzillərin 350 ədədi isə digər şəxslərə ayrılıb.

Mənzillərin daha çox hissəsi Bakıdadır. Paytaxtda 1 873 ailəyə dövlət mənzil verib. Paytaxtda verilən mənzillərin 1 100 ədədi Sabunçu rayonunda, 504 ədədi Binəqədi rayonunda, 135 ədədi Qaradağ rayonunda, qalanı digər rayonlarda olub.

Dövlət Abşeron rayonunda 828 ədəd, Gəncə şəhərində 129 ədəd, Samuxda 91 ədəd mənzil verib.

Dövlətin verdiyi mənzillərin ümumi sahəsi orta hesabla 72,1 kvadrat metrdir. Daha kiçik mənzillər ehtiyatda olan hərbi qulluqçulara (45,5 kv.m.) və digər şəxslər qrupuna (58,63 kv.m.) aid olan ailələrə ayrılıb.

Mənzillərin orta sahəsi digər qruplar üzrə belədir: şəhid ailələrinə 69 kv.m., gənc ailələrə 65 kv.m., 1990-cı ilin 20 yanvar hadisələrinə görə 71,35 kv.m., müharibə əlillərinə 74,5 kv.m., məcburi köçkünlərə 76,45 kv.m., ümumi səbəbdən əlil olan şəxslərə 78,1 kv.m., xidmətdə olan hərbi qulluqçuya 115 kv.m..

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man