Cavanlaşmaq üçün yeni müalicə üsulu: Vampirlərdən ilham aldılar

Media 21 Aprel 2022 | 15:40
OXUNUB: 1676
ABŞ-ın Pittsburq Universiteti insan ömrünü uzatmaq üçün yeni yol təqdim edib.
 
Sfera.az-ın məlumatına görə, araşdırma qrupu qan içərək yaşadıqlarına inanılan vampirlərdən ilham alıb. Belə ki, vampirlər kimi qanla gəncləşməyin mümkün olduğu müəyyən edilib. 

"Nature Aging” jurnalında dərc edilən yazıya görə,  tədqiqatlar zamanı gənc siçanların qanının qoca siçanlara köçürülməsi zamanı cavanlaşmanın baş verdiyi təsdiqlənib.

Siçan qanında "EV” adlanan hüceyrədənkənar veziküllərin əzələ hüceyrələrinə davamlı olaraq "Klotho" adlı zülal göndərdiyi aşkar olunub. Yaşlanan siçanlarda "EV”lərin zəiflədiyi və buna görə daha az zülal göndərildiyi bildirilib. Gənc siçanların qanının qoca siçanlara köçürülməsi nəticəsində yaşlı siçanlarda hüceyrə, toxuma, əzələlərin bərpası və cavanlaşması müşahidə olunub.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man