Elm adamları çaş-baş qaldı: Koronavirusla bağlı daha bir ilk qeydə alındı

Media 21 Aprel 2022 | 13:30
OXUNUB: 1015
İspaniyada 31 yaşlı tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxub.
 
Sfera.az bildirir ki, tədqiqatçılar bunun elmə məlum olduğu qədərilə iki infeksiyaya yoluxma arasındakı ən qısa müddət olduğunu deyirlər. 

Test nəticələrinə görə, tibb işçisi əvvəlcə - dekabrın sonunda "Delta”, daha sonra, yəni yanvarda isə "Omicron” variantına yoluxub. 

Məlumata görə, ispan tibb işçisi ilk PCR testinin müsbət nəticəsindən sonra heç bir simptom göstərməyib. Ancaq üç həftədən sonra öskürək və yüksək hərarət əlamətlərinə görə, o, başqa bir test edib və nəticə yenidən pozitiv olub.

Tədqiqatçı Qemma Rekio, Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresindəki çıxışında bu məsələyə toxunub. O, "Omicron” variantının digər variantlar vasitəsilə təbii olaraq yarandığı və ya peyvəndlərin təmin etdiyi immunitetdən qaça biləcəyi qənaətinə gəlib:

"Başqa sözlə, koronavirusa yoluxmuş insanların peyvəndləri yeni olsa belə, təkrar infeksiyaya qarşı qorunma tam təmin edilmir”.

Araşdırmaçı sözlərinə bu cür davam edib:

"Yenə də, digər variantlar və ya peyvəndlə gücləndirilmiş toxunulmazlıq, "Omicron” olan insanlarda ciddi xəstəliklərin və ya xəstəxanaya yerləşdirmənin qarşısını alır. Tam peyvənd olunmuş şəxslərdə təkrar infeksiyaya nəzarət etmək vacibdir. Lakin bu vəziyyət vaksinlərdən qaçan variantları araşdırmağa kömək edəcək”.

Qeyd edək ki, bundan öncə, elm adamları hər kəsin həyatı boyu ən azı iki dəfə koronavirusa yoluxacağını proqnozlaşdırıb.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man