Rihannanın nişanlısı həbs edildi: 550 min dollar girov tələb olunur

Media 21 Aprel 2022 | 12:27
OXUNUB: 765
Müğənni Rihannanın reper nişanlısı ASAP Rocky (Rakim Mayers) həbs edilib.
 
Sfera.az bildirir ki, buna səbəb ötən il Los-Ancelesdə baş vermiş silahlı atışma hadisəsi olub. 

Los-Anceles Polis Departamentinin yaydığı xəbərə görə, atışma 6 noyabr 2021-ci il saat 22:15 radələrində Hollivud ərazisində "iki tanış arasında" mübahisə zamanı baş verib. 

"Mübahisə daha da böyüyərək şübhəlinin qurbanı tapança ilə vurmasına səbəb olub. Rocky və daha iki nəfər hadisə yerindən qaçıblar”, - deyə bildirilib. Los Anceles Polis İdarəsi əlavə şərh verməkdən imtina edib.

Onun azadlığa buraxılması üçün 550 min dollar girov tələb olunduğu deyilib. O, pulu ödədikdən sonra sərbəst buraxılıb. Məhkəmə prosesi 17 iyunda keçiriləcək.

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man