Çeçenistan prezidenti Ramazan Kadırov yenə səs-küy yaradacaq açıqlama verib.
Sfera.az bildirir ki, Kadırov həftələrdir Ukrayna müqavimətinin simvollarından biri olan Mariupul şəhərinin bu gün günorta saatlarında məğlub olacağını deyib.
"Nahardan əvvəl və ya sonra Azovstal tamamilə Rusiya Federasiyasının qüvvələrinin nəzarəti altında olacaq”, deyə çeçen lideri əlavə edib.
Şəhərdəki hadisələrlə bağlı, "Mariupolda vəziyyət getdikcə pisləşir və müsbət nəticə əldə edə bilmirik” deyən Zelenski isə əsgər mübadiləsinə açıq olduqlarını bildirib.
"Əsgərlərimizin və axtarış-xilasetmə qruplarımızın əlində yüzlərlə yaralı var. Humanitar dəhlizlərin bəziləri işləyir, minlərlə insan oradan təxliyə edilib. Min nəfərə yaxın vətəndaşımız işğal altında olan başqa torpaqlara getdi, onların taleyindən xəbərimiz yoxdur. Mariupolun blokdan çıxarılmasının iki yolu var. Birincisi çox ciddi silah yardımı, ikincisi diplomatik yardımdır, amma Rusiya ikinci yola yanaşmır. Ölən və yaralanan rus əsgərlərini öz əsgərlərimizlə dəyişməyə hazırıq”, - deyə Ukrayna lideri söyləyib.
Xatırladaq ki, müharibənin ən qızğın keçdiyi bölgələrdən biri olan Mariupolda rusların mühasirəsi davam edir. Şəhərin Rusiyanın nəzarətində olduğu, qalan Ukrayna qoşunlarının Azovstal zavodunda ilişib qaldığı bildirilib. Digər tərəfdən, Rusiya oradakı əsgərlərin sağ qalmaq üçün təslim olmaq məcburiyyətində olduğunu deyib.
Günay Rəsulqızı
Sfera.az