Boris Conson Ukraynaya "Stormer" raketləri göndərir - "Putinin ordusu cəhənnəmə yollanacaq"

Media 19 Aprel 2022 | 16:30
OXUNUB: 1235
Böyük Britaniya Rusiyanı qəzəbləndirən daha bir addım atıb.
 
Sfera.az bildirir ki, sözügedən ölkə Rusiyaya qarşı mübarizədə həyati əhəmiyyət kəsb edən "Stormer” raket sistemlərini Ukraynaya göndərmək qərarına gəlib. 

İngilis mətbuatı sözügedən raketlərin alçaqdan uçan təyyarələrə qarşı hazırlandığını bildirərək, bu addımın Ukraynanı hava hücumlarına qarşı gücləndirəcəyini yazıb.  

"The Sun” qəzeti bu qərarı "Putin ordusunu cəhənnəmə yollayacaq” kimi qiymətləndirib, o cümlədən xəbərdə raketin texniki xüsusiyyətləri də yer alıb.
Stormer raket sistemlərinin xüsusiyyətləri:

Tələb olunan kadrların sayı: 3
Çəkisi: 13,5 ton
Uzunluq. 5.6 metr
Eni: 2.8 metr
Hündürlük: 3.4 metr

Səsdən üç dəfə sürətli hərəkət edə bilən raket çiyindən istifadə edilə və ya Stormerin qülləsinə quraşdırıla bilər. 
 
Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı, polkovnik Riçard Kemp qəzetə danışarkən, "Yeni raketlər Ukraynanın döyüş qabiliyyətinə böyük təkan verəcək. Bu, Putinin hava qüvvələrinə ciddi ziyan vuracaq”, - deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man