Paşinyan Rusiya səfər etmədən öncə niyə separatçılarla görüşüb? - ŞƏRH

Media 19 Aprel 2022 | 14:36
OXUNUB: 1669
Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün əvvəl İrəvanda Qarabağ separatçılarının lideri Araik Arutunyanla və separatçıların "Təhlükəsizlik Şurasının sədri” Vitaliy Balasanyanla görüşüb.
 
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Araik Arutunyan Paşinyandan "Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməməsini tələb edib:

"Nikol Paşinyan adətən səfərlərdən sonra Qarabağ separatçılarını lideriylə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi. Bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşüb. Paşinyan Rusiyaya səfər etmədən əvvəl nədən separatçılarla görüşüb? Axı Qarabağla bağlı aralarında fikir ayrılığı var. Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyir ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar”.

Ekspert deyib ki, Qarabağ separatçıları Paşinyana təzyiq edir:

"Brüssel Paşinyana öz sözünü deyib:
 
"Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı "status” tələbindən əl çək”. Moskva da Paşinyana eynisini desə, məsələni bitmiş hesab etmək olar. Ancaq Kremlin gərgin münasibətlərdə olduğu Brüsselə eynisini deyəcəyi ehtimalı azdır”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man