İftar yeməyindən zəhərlənmə hansı hallarda baş verə bilər? - Ekspertdən AÇIQLAMA

Media 19 Aprel 2022 | 14:10
OXUNUB: 1905
Ötən gün Göyçayda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə aprelin 18-də rayonun Çərəkə kəndində baş verib. Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
 
Maraqlıdır, iftar süfrəsində zəhərlənmə hansı hallarda baş verə bilər? Gün ərzində ac qalan insanlar zəhərlənməmək üçün nəyə diqqət edilməlidir?
Qida üzrə baş mütəxəssis Ağa Salamov Sfera.az-a açıqlamasında deyib ki, qida zəhərlənmələri müxtəlif cür olur. Onun sözlərinə görə, qidaların mikrobioloji, kimyəvi və s. çirklənmələri mümkündür:

"Ən çox turşulardan zəhərlənmə halları baş verir. Məsələn, pomidor düzgün şəkildə çay sodası ilə yuyulmursa, axar su altında saxlanılmırsa, yaxşı durulanıb qurulanmırsa, turşusundan zəhərlənmə halları olur. Çünki torpaqda yaşayan bakteriyalar var, hansı ki insan orqanizmi, sağlamlığı üçün də ölümcül ola bilir. Botolizm bakteriyası torpaq vasitəsilə qidalara yoluxur, təkcə şorabalarda deyil, ümumiyyətlə emal prosesində – istər ev şəraiti, istər ictimai iaşə müəssisələrində - diqqətli olmayanda zəhərlənmə ilə nəticələnir. Torpaqla birbaşa təmasda olan məhsullar (çuğundur, kök, kartof, soğan və s.)  yaxşı formada yuyulmalı, təmizlənməli, ondan sonra süfrəyə təqdim olunmalıdır”.
 


Müsahibimiz deyib ki, bəzən iftara 2-3 saat qalmış süfrə salınır:

"Məsələn, içində turşu xiyar, mayonez, yumurta olan salatları süfrəyə düzürlər. Burda artıq kimyəvi tərkibin dəyişməsi baş verir. Bu da qidanın süfrədə çox qalmasına görədir, olmaz! Ümumiyyətlə qidalar ancaq hazır olub soyuducuda saxlanılandan sonra süfrəyə verilməlidir. İftara yarım saat, 15 dəqiqə qalmış süfrəni bəzəmək olar. O cümlədən süfrəyə təqdim olunan - ət, balıq, toyuq, mayonezli məhsullar  çox qalanda zəhərlənmə verə bilər.  Bu baxımdan  bir saat ərzində yeyilib bitirilməlidir. Əgər yemək artıq qalırsa, qalma müddəti 1 saatdır, soyuducaya yerləşdirib yenidən istifadə etmək olar. Amma yemək otaq temperaturunda 2 saatdan çox qalmamalıdır, qalıbsa, onu istehlak etmək olmaz”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man