Moskva merindən AÇIQLAMA: Yüz minlərlə insanı təhlükə gözləyir...

Media 19 Aprel 2022 | 13:59
OXUNUB: 1707
Ukraynanın işğal qərarından sonra yüzlərlə xarici şirkətin fəaliyyətini dayandırmaq qərarına gəldiyi Rusiya yeni böhranla üz-üzədir. 
 
Sfera.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxtda işlərini itirmək riski ilə üzləşən insanların sayının 200 minə çatacağını bildirərək hazırlanan yeni dəstək paketini açıqlayıb. 

Sanksiya qərarları ilə yanaşı, bir çox xarici şirkətin geri çəkildiyi ölkədə yüz minlərlə insan işini itirmək riski ilə üzləşib. Bu səbəblə Sergey Sobyanin şəhərdə işini itirənlərə 3.6 milyard rubl və ya təxminən 38 milyon avro maliyyə dəstəyi nəzərdə tutan yardım planının qəbul edildiyini açıqlayıb. Dəstək paketinin fəaliyyətini dayandıran xarici şirkətlərdə çalışan vətəndaşlara yönəldiyini açıqlayan Sobyanin, "Təxminlərimizə görə, 200 min insan işini itirmək riski ilə üzləşib", deyib.

Bələdiyyənin işini itirənlərə müxtəlif üsullarla dəstəyini davam etdirəcəyini bildirən Sobyanin, xaricdən idxalın məhdudlaşdırılmasına görə paytaxtda 3 dərman fabrikinin tikiləcəyini açıqlayıb.

Şəhər rəsmiləri növbəti iki həftə ərzində paytaxtın dərman ehtiyatını idxal etmədən necə saxlayacaqlarını müzakirə edəcəklər. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man