Uzun müddətidir gözlənilən Donbass müharibəsi başlayıb.
Sfera.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. O, Rusiya ordusunun Donbass bölgəsinə hücuma keçdiyini açıqlayıb.
"İndi demək olar ki, rus qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas hücumuna başlayıblar. Onların böyük bir hissəsi indi buna fokuslanıb. Lakin rus qoşunlarına qarşı müqavimət davam edəcək və torpaq verməkdən söhbət belə gedə bilməz. Ukraynaya məxsus heç nə verməyəcəyik. Mən bütün döyüşçülərimizə, Donbassdakı, Mariupoldakı bütün qəhrəman şəhərlərimizə, həmçinin Xarkov vilayətindəki bütün silahlı şəhərlərimizə minnətdaram”, - deyə ölkə başçısı əlavə edib.
Günay Rəsulqızı
Sfera.az