ABŞ Çini təhdid etdi – Rusiyaya yardım paketi dayanırmı?

Media 19 Aprel 2022 | 11:05
OXUNUB: 938
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib ki, Çin Rusiyaya silah tədarük etsə və ya sanksiyalardan yan keçməyə kömək etsə, ciddi nəticələrlə üzləşəcək. 
 
Bu təhdidin kökündə nələr dayana bilər? Çin yardım paketini sonlandıracaqmı?

Mövzu ətrafında Sfera.az-a danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov ABŞ-ın təhdidlərinin Çin üçün siqnal olacağını deyib. Politoloq Çinin yardım paketini sonlandıracağını bildirib:

"ABŞ tərəfi bir müddət öncə də xəbərdarlıq etmişdi ki, Çin Rusiyaya hansısa formada yardım edərsə, sanksiyalar tətbiq ediləcək. Çinin son dövrlər Rusiya nefti ilə bağlı aldığı qərarlar ABŞ-ın xəbərdarlığının nəticəsidir. Eyni zamanda Rusiyanın Çindən silah istəməsi və rədd cavabı alması ilə bağlı məlumatlar da yayılıb. Görünür ki, bu, reallıq ola bilər. Çin üçün önəmli olan məsələ dövlət maraqlarının təmin edilməsidir və Rusiyaya görə ABŞ-ı qarşısına ala bilməz. Hesab edirəm ki, bütün bunları nəzərə alan Çin hökuməti Rusiyaya hər hansı yardım məsələsini gündəmə gətirməyəcək. Onu da nəzərə almaq lazımdır ki, Çində ABŞ-ın cəsus şəbəkəsi var. Hər hansı formada Rusiyaya yardım ediləcəksə, kəşfiyyat məlumatları çatacaq”. 

Ekspert Çinin Tayvan üzərinə hücum etməsi məsələsinə də diqqət çəkib:

"Çinlə bağlı Tayvan məsələsi də gündəmdədir. ABŞ kəşfiyyatı payızda Çinin Tayvana hücum edəcəyi ilə bağlı məlumat yayıb. Bu da bəhanə xarakteri daşıyır ki, Çinə qarşı sanksiyalar tətbiq edilsin. Bundan sonrakı mərhələdə Çinin Rusiyaya silah yardımı etməsi məsələsi aktual olmayacaq. Onu da qeyd edim ki, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi il ərzində 100 milyon dollar üzərindədir. Bu göstərici ABŞ üzrə isə 700 milyard dollardır. Çin üçün ən uyğun partnyor ABŞ-dır”. 

Əzizə Zeynal 
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man