Baydenin Ukrayna səfərindən sonra nə baş verəcək? - "Rusiyanın qarşısına elə şərtlər qoyulacaq ki..."

Media 19 Aprel 2022 | 10:49
OXUNUB: 1842
Volodimir Zelenski CNN-ə müsahibəsində ABŞ Prezidenti Co Baydenin Ukraynaya gələcəyini deyib: "ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”. 
 
O, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb liderləri artıq tərəf tutduqlarını deməkdən çəkinmirlər və bir çox hallarda Rusiyaya açıq-aydın hədə-qorxu gəlirlər:

"Prezidentlər və digər rəsmi şəxslər bildirirlər ki, bu müharibə Moskvanın məğlubiyyəti ilə başa çatmalıdır. Bu mənada rəsmi Kiyevə müxtəlif istiqamətlərdə dəstəklər davam edir. Bir müddət əvvəl Böyük Britaniya baş naziri Boris Consonun Ukraynaya səfəri də belə dəstəyin təzahürü idi. Zelenski ilə Consonun Kiyev küçələrində gəzməsi dünya mediasında ciddi müzakirə oldu, manşetlərə çıxarıldı. Bu, Moskvaya meydan oxumaq idi. İndi isə digər dünya liderlərinin Ukraynaya səfəri gözlənilir. Makronun yaxın vaxtlarda Kiyevə gedəcəyi ağlabatan deyil. Çünki onun rusiyalı həmkarı ilə münasibətləri daha loyaldır, ehtiyatlı davranır. Məsələn, "soyqırım" ifadəsindən imtina etməsi bunun nümunəsidir. Görünür, Paris Moskva ilə "bütün körpüləri yandırmaq istəmir", hətta, ola bilsin, bəzi addımları atmağa çəkinir”.

Siyasi şərhçi deyib ki, Makrondan fərqli olaraq Bayden daha açıq siyasət yeridir və bəyanatları daha cəsarətlidir:

"Güman ki, qarşıdakı günlərdə ABŞ liderinin Kiyevə səfəri rəsmiləşəcək və o, yaxın gələcəkdə Ukraynada həmkarı ilə görüşəcək. Beləliklə, Bayden Zelenskinin özünün də dediyi kimi, baş vermiş faciələri əyani görəcək. Bundan sonra isə Rusiyaya təzyiq bir az da artacaq. Qərb, o cümlədən ABŞ Rusiyaya qarşı rəhmsizdir. Məqsəd birmənalı olaraq Kremli zəiflətməkdir, bunun üçün isə hər vasitədən istifadə oluna bilər. Baydenin Ukraynaya ehtimal edilən səfərindən sonra Rusiyanın qarşısına çox ciddi şərtlər qoyula bilər. Beləliklə, nəinki rus qoşunlarının Ukraynadan çıxarılması, hətta Rusiyanın dünyadakı və regiondakı hegemonluğunu zəiflədə biləcək digər tələblərin də gündəmə gəlməsi istisna deyil”.

Xatırladaq ki, aprelin 14-də Co Bayden Kiyevə gəlməyə hazır olduğunu bildirmişdi. Lakin sonradan Ağ ev ABŞ liderinin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını açıqlamışdı.

Günay Rəsulqızı
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man