Medvedçukun yeni görüntüləri yayıldı: Putin və Zelenskidən nə istəyib? – VİDEO

Media 18 Aprel 2022 | 16:55
OXUNUB: 1942
Ukraynanın xüsusi əməliyyatla yaxaladığı və Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan ukraynalı iş adamı Viktor Medvedçukun yeni görüntüləri yayılıb.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki,  Ukrayna hakimiyyəti bu gün ukraynalı oliqarxın yeni görüntülərini yayıb. 

Yazı masasında oturmuş kimi görünən Medveçuk birbaşa kameraya baxaraq, "Mən Viktor Medvedçukam. Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskidən məni Mariupolda əsir düşən əsgərlərlə dəyişmələrini istəyirəm", - deyə bildirib.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya da qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.
 
 
Əzizə Zeynal 
Sfera.az


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man