Fransa prezidenti Emmanuel Makron yenə geyimi ilə gündəm olub.
Sfera.az bildirir ki, Fransada prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış Makronun rəsmi fotoqrafı Soazig de La Moissonniere sosial media hesabında bir sıra pərdəarxası fotolar yerləşdirib. Yayımlanan fotolardan birində Fransa prezidenti stulda arxaya söykənərək gülümsəyərkən görünüb. Fotoda Makronun köynəyinin düymələrinin açıq qalması, qollarının yuxarıya yığılması diqqət çəkib. Qərb mediası iddia edib ki, o, sözügedən fotolarla maço obraz yaradaraq gənclərə təsir etməyə çalışır.
Qəzetlər Makronun bu şəklini Bond aktyorları Şon Konneri və Burt Reynoldsla müqayisə etsə də, sosial şəbəkə istifadəçiləri Fransanın baş nazirini tüklü sinəsi ilə tanınan Roker Federerə bənzədiblər. Bəzi istifadəçilər Makronun seçkilərdə qazanmaq üçün hər cür cəhdlər etdiyini deyib. Onun sinə tüklərinin fotoşopla əlavə edildiyini iddia edənlər də var.
Xatırladaq ki, bundan əvvəl Ukrayna müharibəsi başlayandan qısa müddət sonra Makronun cins şalvar və kapüşonlu pozaları geniş müzakirə olunmuş və onun Ukrayna lideri Zelenskini təqlid etdiyi irəli sürülmüşdü.
Günay Rəsulqızı
Sfera.az