“Peyğəmbərin vəsiqəsi olub ki, din xadimlərinin də olsun? - ETİRAZ

Media 18 Aprel 2022 | 14:14
OXUNUB: 3096
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunun imtahan əsasında aparılacağı bildirilir. Belə ki, din xadimləri bundan sonra imtahan verərək çalışa biləcək.
 
Maraqlıdır, bu prosedur ümumrespublikada nə dərəcədə effektiv ola bilər? Həmin şəxslərdən hansı meyarlar əsasında imtahan götürülməlidir?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Elşad Miri din xadimləri adı altında yetişdirilən şəxslərin ətrafında meyityuyan, yoxsa şeyx olacaqlarının bəlli olmadığını deyib:

"Aydındır ki, Qafqaz Müsəlmanları İdarəsinin əlində olan bütün səlahiyyətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əlinə keçib. Əvvəllər Bakı İslam universiteti var idi və o ləğv edildi. Sonradan Azərbaycan İlahiyyat Universiteti yaradıldı və oranı bitirənlər din xadimi olacaq. Din xadimləri nə edəcək? İmam olacaqlar, axund olacaqlar, qazi, meyityuyan, yoxsa şeyx olacaqlar? Bəlli deyil.! Allah bizdən bunu istəyib? Əvvəl bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Bu illər ərzində hansısa fərq müşahidə edilmədi. DQİK din xadimi formalaşdırıb, öz düşüncələrini insanlara aşılamaqdansa, Qurani-Kərimi  düzgün çatdırsa, daha yaxşı olar”. 

İlahiyyatçı din xadimləri üçün vəsiqə verilməsi anlayışının düzgün olmadığını diqqətə çatdırıb:

"Peyğəmbərin vəsiqəsi olub ki, din xadimlərinin də olsun? Bu gün kimsə yaxını dünyasını dəyişərkən məscidə gedəndə oradakı insandan vəsiqə istəməyəcək. Ona görə insanlara çatdırmaq lazımdır ki, Quran kitabı ölü kitabı deyil, meyitlər üçün nəzərdə tutulmayıb. Bu kitab insanlara yol göstərmək üçündür. Belə olsa, bu kimi məsələlərə ehtiyac qalmayacaq. İslamda şeyx, müfti, qazi kimi bölünmə yoxdur. Kim deyə bilər ki, Məhəmməd peyğəmbər hardasa din xadimliyi edib? 

Ölünü yumaq üçün isə onun yaxınları da bunu edə bilər, din xadiminə gərək yoxdur. Dini din xadimi anlayışı ilə məhdudlaşdırmaq olmaz”. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man