Bu qadağa hələ də qüvvədədir - DİN xəbərdarlıq etdi

Media 18 Aprel 2022 | 13:18
OXUNUB: 1428
"Sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar. Baxmayaraq ki, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, ancaq qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalır”.
 
Sfera.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, qapalı məkanlarda maska qadağası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan normadır:

"Ölkəmizdə qüvvədə olan karantin rejim qaydalarına uyğun olaraq, polis tərəfindən fasiləsiz nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərinə hələ da etinizasız yanaşan şəxslər var. Ancaq polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb, bu istiqamətdə fəaliyyət daha çox maariflənməyə yönəldilib”.

Qurum rəsmisi əlavə edib ki, qapalı məkanlarda kifayət qədər tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var:

"Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir. Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man