"Yer üzündən silmək istəyirlər" - Zelenskidən Rusiya ilə bağlı yeni AÇIQLAMA

Media 18 Aprel 2022 | 11:46
OXUNUB: 1392
"Müharibəni bitirmək üçün ölkənin şərqindəki torpaqlardan imtina etməkdən söhbət gedə bilməz”.
 
Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Zelenski deyib. O,  ölkənin şərqində rusiyapərəst separatçı qüvvələrlə toqquşmaların sona qədər davam etdiyi Donbas bölgəsini müdafiə etməyə hazır olduqlarını bəyan edib. Rusiya ordusunun işgəncə otaqları qurduğunu iddia edən Zelenski bu ifadələrdən istifadə edib:

"Yerli idarəçilərimiz və tanınmış dərnəklərin rəhbərləri oğurlanır, müəllimlər şantaj edilir, humanitar yardımlar oğurlanır, insanlar aclıqdan ölür”.

Rusiyanın Donbası məhv etmək istədiyini iddia edən Zelenski, "Donetsk və Luqansk bölgələrini yer üzündən silmək istəyirlər", deyə vurğulayıb.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man