Onlar da "Twitter"i almaq istəyir - SİYAHI

Media 16 Aprel 2022 | 14:45
OXUNUB: 1142
"Tesla” və "SpaceX” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın bu yaxınlarda "Twitter”in 9,2 faizini alması gündəmdən düşmür.
 
Sfera.az bildirir ki, bu dəfə  Maskın bir çox rəqiblə qarşı-qarşıya gəldiyi bəlli olub. Belə ki, "Twitter”in ən böyük və uzunmüddətli səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl Valid bin Talal sosial şəbəkədə iş adamının təklifini rədd etdiyini bildirib. Lakin o, İlonun daha yüksək təklif verəcəyi təqdirdə satışa açıq olacağına da işarə edib.

67 yaşlı Əl Valid bin Talal "Twitter”də yazıb: 

"İlon Maskın təklif etdiyi məbləğ yüksəliş perspektivləri nəzərə alınsa, "Twitter”in həqiqi dəyərini əks etdirmir. Bu sosial şəbəkənin ən böyük və uzunmüddətli səhmdarlarından biri olaraq təklifi rədd edirəm". 

Mask isə, bu yazıya belə cavab verib: "Maraqlıdır! Mən sizə yalnız iki sual verim. "Twitter”in nə qədər hissəsi birbaşa və ya dolayısı ilə Krallıq şirkətinə məxsusdur? Səudiyyə Ərəbistanı Krallığının jurnalistlərin ifadə azadlığı ilə bağlı fikirləri necədir?". 

Bin Talal, "Kingdom Holding”in 2015-ci ildə "Twitter”dəki payının 5,7 faizə qədər artırdığını göstərən tvit paylaşsa da, onun nə qədər şirkətin sahibi olduğu bəlli deyil.

Digər tərəfdən, İlon Maskın bütün "Twitter”i almaq cəhdi özəl kapital firması "Thoma Bravo”nu da hərəkətə keçirib. "McAffee”, "Landesk” və "Barracuda” kimi texnoloji şirkətlərə sahib olan "Thoma Bravo”un, Maskın "Twitter” üçün təklifinə rəqib olmaq təklifini nəzərdən keçirdiyi bildirilib. Məlumata görə,  103 milyard dollardan çox aktivi idarə edən "Toma Bravo”nun platformanı əldə etmə ehtimalı üzərində işləyən bir qrupu var. "New York Post”a danışan bir mənbə isə, "Twitter üçün güclü döyüş gedir", - deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man