İngiltərənin baş naziri Boris Consonun Rusiyaya girişinə qadağa qoyulub.
Sfera.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın baş naziri Boris Conson, xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uolles də daxil olmaqla, 13 yüksək vəzifəli şəxsə sanksiya tətbiq ediləcəyini açıqlayıb.
Qəbul edilən sanksiya qərarları çərçivəsində İngiltərənin baş naziri Boris Consonun ölkəyə girişinə qadağa qoyulub:
"Bu addım Londonun Rusiyanı beynəlxalq miqyasda təcrid etmək üçün apardığı siyasi kampaniyaya cavab olaraq atılıb”.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson bu yaxınlarda Ukraynaya gözlənilməz səfər edib və Ukrayna lideri Zelenski ilə görüşüb. Conson burada Ukraynaya dəstəyin davam edəcəyini bildirib.
Günay Rəsulqızı
Sfera.az