Restoranlarda iftar menyularının qiyməti niyə yüksəlib? – Səbəblər + SİYAHI

Media 15 Aprel 2022 | 16:58
OXUNUB: 6752

Bu il Ramazan ayı boyu restoran və kafelər tərəfindən təqdim olunan iftar menyusunun qiymətinin yüksək olması ilə bağlı narazılıqlar mövcuddur. Qiymətlərin ötən ilə nisbətdə xeyli yüksəldiyi bildirilir.

 
Nümunə üçün bəzi restoranlarda təqdim olunan 2021-2022-ci il iftar menyularının qiymətlərini təqdim edirik:

"Özsüt” restoranı 25-30 manat (2021) – 24-30 (2022) 

"Kolorit” restoranı 14 manat (2021) - 16 manat (2022) 

"Ada” restoranı 40 manat (2021) – 35 manat (2022)

"Koza” restoranı 25 manat (2021) – 30 manat (2022)

"Burc Qala” restoranı 19 manat (2021) – 19 manat (2022)
 
"Teleqüllə" restoranında iki nəfərə iftar menyusunun qiyməti 48 manatdan başlayaraq 90 manatadək dəyişir. "Günaydın" restoranında isə 1 nəfərə 80 manatlıq menyu təklif edilir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.

2022-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 9,3 faiz təşkil yüksəlib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub.

Bu səbəblə restoranlar tərəfindən təqdim olunan qiymət göstəriciləri istehlak qiymətləri göstəricisinə adekvatdır. Yəni bahalaşmanın ekvivalenti olaraq müəyyən qədər qiymət artımı cari ay üçün gözlənilən idi. 

Əzizə Zeynal 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man